Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar uğursuzluğa məhkumdur.
O, bunu RF Prezidenti Vladimir Putinin ədalətsiz mövqeyi ilə izah edib.
“Düşünürəm ki, Putinin açıq-aşkar xoşməramlı olmadığını, Ukraynanın mümkün qədər çox hissəsini udmaq və ələ keçirməyə çalışmaq, sonra, ola bilsin, güc mövqeyindən bir növ danışıqlar aparmaq, hətta Kiyevə yeni hücuma keçmə strategiyasını nəzərə alaraq, ukraynalıların indi Putinlə necə danışıqlar apara biləcəyini anlamaq çətindir”, - deyə Britaniyanın hökumət başçısı bildirib.
Conson həmçinin qeyd edib ki, o, ukraynalıların Rusiya tərəfi ilə asanlıqla danışıqlar masasına oturub hansısa razılaşmaya necə gələ biləcəklərini başa düşmür.
“Ayağın timsahın ağzındadırsa, onunla necə danışıqlara getmək olar?” - deyə Conson bildirib.
Bundan əvvəl Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra Kiyevə silah tədarükünü davam etdirəcəyinə söz verib. Baş nazir bildirib ki, o, Ukraynanın gələcək həftələr və aylar ərzində öz suverenliyini müdafiə edə bilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə davam edəcək.