Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cuniçi Vada Kürdəmirdə qonaq olub.
Görüş zamanı RİH Başçısı Elxan İbrahimov rayonunun sosial-iqtisadi, kənd təsərrüfatı və aqrar potensialı barədə səfirə ətraflı məlumat verib.
Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə Azərbaycan və Yaponiya dövlətləri arasında 30 illik dostluq və əməkdaşlıq əlaqələri haqqında söhbət açaraq ökəmizdə Yaponiya səfirliyinin həyata keçirdiyi sosial layihələrin əhəmiyyətini xüsusi qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Əminə xanımin Yaponiyanın Azərbaycandakı səfiri ilə baş tutan görüşlərində rayonumuzda həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunmuş, konkret istiqamətlər müəyyən edilmişdi.
Yaponiya səfiri Cuniçi Vada ona göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Kürdəmir rayonu ərazisində sosial əhəmiyyətli layihələrin icrasına, digər iqtisadi əhəmiyyətli əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verəcəyini vurğulayıb.