Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.
Sabahinfo.az xəbər verir ki, bu rəqəmləri Türkiyə prezidentinin köməkçisi Fuad Oktay TRT telekanalında açıqlayıb.
Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkən 10 vilayətdə 12 min 181 xilasedici fəaliyyət göstərir. Digər ölkələrdən 3 min 294 xilasedici gəlib. İndiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tam gücü ilə davam edir.