Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyan baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Baqmanyan Baş Qərargahın Paşinyanın istefasını tələb edən bəyanatını dəstəklədiyini bəyan edib. O, Paşinyanın məğlub ölkənin baş naziri postundan istefa verməli olduğunu bildirib.
Qeyd edək ki, Vazgen Sarkisyan adına Hərbi Universitetin keçmiş rəhbəri, general-mayor Armen Kaqramanyan da Silahlı Qüvvələrin Baş Qərargahına dəstək nümayiş etdirərək Nikol Paşinyanı istefaya çağırıb.