"Türk Hava Yolları” (THY) Parisdə törədilmiş silsilə terror aktları ilə əlaqədar Fransa şəhərlərinə olan bütün reyslərini ləğv edib.
Sabahinfo.az xəbər verir ki, uçuşlar noyabrın 21-dək dayandırılıb. THY Fransaya uçuşları bərpa etdikdə sərnişinlər ləğv olunmuş reyslərə aldıqları biletlərdən cərimə ödəmədən istifadə edə biləcəklər.