“Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə iyul ayının 6-da Suraxanı rayonu Gənclər Evində “Sosial siyasətdə ictimai təşəbbüslər” adlı layihə yekunlaşıb. Mustaqil.az xəbər verir ki, tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Gövhər Quliyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 13 saylı Vəkil Bürosunun Vəkili AR Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Hüquq Məsləhətçisi Vüsalə xanım Cəfərli, Kəngərli və Partnyorları Vəkil Bürosunun Vəkili Kəmalə xanım Tağıyeva, Suraxanı Rayonu Gənclər Evinin əməkdaşı Aytən xanım iştirak edib.
Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri, eyni zamanda layihə rəhbəri Hicran Əliməmmədova layihənin 3 ay müddətində həyata keçirilmiş fəaliyyətlərdən, nəzərdə tutulan tədbirlər barəsində məlumat verib. Tədbirdə iştirak edən qonaqlar, tələbələrə layihə haqqında və s. mövzular üzrə maarifləndirmə tədbirlər barədə ətraflı məlumat veriblər. Sözügedən ərazilərdə vətəndaşların sosial problemlərin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir. Tədbirin əvvəlində tələbələrə dəftərxana ləvazimatları paylanılıb. Tədbirin sonunda iştirak edən qonaq və tələbələr ilə xatirə şəkilin çəkiliməsilə yekunlaşıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə dəstəyi ilə “Dayaq” Sosial Maarifləndirmə İB-i tərəfindən “Sosial siyasətdə ictimai təşəbbüslər” layihəsinin icrası 3 ay müddətində Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında həyata keçirilib.