Dəfinə" məktəb-liseyində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda maarifləndirici görüş

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Dəfinə" məktəb-liseyində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda maarifləndirici görüş keçirilib.

Çıxış edən Masallı RPŞ-nin rəisi polis polkovniki Azay Ağayev, rayon təhsil sektorunun müdiri Elman Rzayev və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri narkomaniyanın və erkən nikahların səbəb olduğu ağır nəticələrdən danışıblar. Bu kimi neqativ halların cəmiyyətimizin sağlam gələcəyi üçün yarada biləcəyi təhdid və təhlükələrdən söz açıblar. 

Görüşdə həmçinin ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyən abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, məktəblilərin müzakirə olunan mövzularla bağlı sualları cavablandırılıb.