Etibarlı mənbələrdən XALQ.AZ-a daxil olan məlumata görə, Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyevin münasibətləri olan Könül Cəfərova ölkə ərazisinə qanunsuz yolla mallar daxil edərkən saxlanılıb.
O da həmin malların İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyevə məxsus olması ilə bağlı ifadə verib.
Daha sonra Elnur Əliyev və Könül Cəfərova izahatı alınaraq sərbəst buraxılıb.
Xatırladaq ki,Könül Cəfərova Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyevin göstərişi ilə Dövlət İdarəçilik Akademiyasında saathesabı dərs deyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.