Dekan müavini faciəvi şəkildə öldü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonunu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.

F.Quliyev 2013-cü ildən “Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasında baş müəllim, 2021-ci ildən isə “İnşaat konstruksiyaları” kafedrasında dosent vəzifəsində çalışıb. 2022-ci ilin mart ayında isə “İnşaat” Fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilib.