Deputat Biləcəri bələdiyyəsində vətəndaşları qəbul edib

11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva aprelin 9-da Binəqədi rayonun Biləcəri bələdiyyəsinin inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat görüşdə seçicilərin müraciətlərini dinləyib,onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.

Qəbulda Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov iştirak edib.