Deputat Göydəniz Qəhrəmanov növbəti dəfə seçicilərlə görüşüb

Aprelin 10-da vətəndaşlarla növbəti səyyar qəbul baş tutdu.

Yasamal rayon 17 saylı üçüncü seçki dairəsinin sakinlərini narahat edən məsələləri dinlədim və qeydə aldım. Görüş əsnasında onları maraqlandıran sualları cavablandırdım.

Bildirdim ki, sakinlər tərəfindən qaldırılan məsələlərə dair aidiyyatı üzrə müraciətlər olunacaq.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı