44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Mehriban Vəliyevanın ərazi üzrə vətəndaş qəbulu keçirilmişdir.
Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Qəbulda iştirak edən vətəndaşlardan 5 nəfəri şəhid ailəsi, 4 nəfəri qazi və onların ailə üzvləri olub. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər.
Qaldırılan məsələlər nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcək.
Qeyd edək ki, deputatın bu ay üçün növbəti vətəndaş qəbulu 30 oktyabrda YAP Sumqayıt şəhər təşkilatında olacaq.