Deputat nazirə mürəciət etdi, problem həllini tapdı

Bir neçə gün öncə, 14 oktyabr tarixində vətəndaş Çıraqov Rasif Rasim oğlunu qəbul edərək onun müraciətini dinləmişdik. Rasif bəy müraciətində bildirmişdi ki, xaricdə təcili əməliyyat olunmalıdır, lakin ölkədən çıxışına məhdudiyyət (stop) qoyulduğuna görə səfər edə bilmir.

Müraciət dərhal Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayevin diqqətinə çatdırıldı. Deputat məsələni şəxsi nəzarətinə götürərək vətəndaşı qəbul edib onun müraciəti ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verdi və qısa zamanda vətəndaşın problemi öz həllini tapdı. Bu hal bir daha göstərdi ki, DİN vətəndaşların müraciətlərinə maksimum həssaslıqla yanaşır, onların çətinliklərinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edirlər.

Xüsusilə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsən cənab nazir Vilayət Eyvazova göstərdikləri operativlik, məsuliyyət və vətəndaş qayğısına görə dərin minnətdarlığımızı bildiririk. Nazirliyin bu nümunəvi addımı bir daha sübut etdi ki, hər bir vətəndaş Azərbaycan polisinin ədalətinə, vicdanına və insani münasibətinə güvənə bilər.

Ehtiram Mehdiyev

Deputat Razı Nurullayevin köməkçisi