Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkədə paylaşdıqlarına reaksiya verməyənləri təhqir edib.
Oxu.Az-ın məlumatına əsasən, E.Əliyev “Facebook” hesabında yazıb ki, kim onun paylaşımlarına münasibət bildirmək istəmirsə, dostluğunu tərk etsin.
“Bunu etməyən şəxsi vicdansız hesab edirəm”, - deyə E.Əliyev əlavə edib.
O bildirib ki, yük olmaq lazım deyil, bundan sonra təhsil və elm barədə ciddi paylaşımlar edəcək.
“Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracağam”, - deyə E.Əliyev xəbərdarlıq edib