20 saylı Nərimanov ikinci seçki dairəsindən Milli Məclisin deputatı Samir Vəliyev seçiciləri ilə görüş keçirib.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında baş tutan görüşdə vətəndaşlar işsizlik, əlilliyin təyinatı, sosial müavinət, sağlamlıq problemləri və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.
Problemlərin nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndiriləcəyi bildirilib.