09.10.2022 - ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamış “ Vətən Müharibəsi ” şəhidi Əli Rahim oğlu Seyidovun şəhadətə qovuşmasının ikinci il dönümündə iştirak etdik. Şəhid qəhrəmanımız ölümüdən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ebediyyətə qovuşan şəhidlərin əziz xatirəsi ehtiramla yad edirik, Allah şəhidlərimizə rəhmət etsin.
Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il keçir.
Terror aktı nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına isə baş sağlığı verirəm.
Əlabbas Salahzadə
Milli Məclisin deputatı