Bu gün Hacı Zeynalabdin qəsəbəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Telman Nadir oğlu Abışovun xatirə abidəsinin açılış mərasiminə qatıldıq. Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, Sumqayıt məscidinin axundu Hacı Rauf Sərdarov, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edirdi.
Qeyd edim ki, Azərbaycan Ordusunun əsgəri olan Telman Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı