Bugün Siyəzən rayonu, Ərziküş inzibati ərazi vahidinə daxil olan Yuxarı Ələz, Yanıq Ələz kəndlərində vətəndaşlarla görüşdük.
Bu inzibati ərazi dairəsinə aid olan kəndlərin ərazilərinə baxış keçirdik. Təbiət hadisələrindən daşqından sonra yaranan bəzi çətinliklər barədə vətəndaşların məlumatlarını dinlədik, kənd əhalisinin problemləri ilə maraqlandıq, müvafiq olaraq qaldırılan məsələlərlə bağlı öz fikirlərimizi bildirərək, onların həlli üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edəcəyimizi qeyd etdik.
Kənd əhalisi ilə kəndlərdə yaşayan insanların gələcək inkişafı barədə fikir mübadiləsi apardıq.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı