Deputat Ülvi Quliyev qəbul keçirdi

Bu gün Yasamal rayon bələdiyyəsinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq və təhsil ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirilib.

 

Ülvi Quliyev 

Milli Məclisin deputatı