Deputatlar gələn həftə tətilə çıxır

Milli Məclisin deputatları gələn həftədən tətilə çıxacaqlar.

Sabahinfo.az xəbər verir ki, iyulun 14-də parlamentin növbədənkənar sessiyası üzrə son iclası keçiriləcək.

Deputatlar iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Qeyd edək ki, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.