"Dilimizin ən gözəl təqdimatçısı Ulu Öndər Heydər Əliyev olub. Azərbaycan dilinin bir əsrdən artıq müddətdə keçdiyi yolu düşünəndə onu demək olar ki, bu dil varlığının ən qanunla mühafizə olunan, inkişaf edən mərhələsindədir".
Sabahinfo.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov deyib.
Rafael Hüseynov qeyd edib ki, biz dilimizin inkişafı üçün işlər görməliyik.
"Azəbaycan dilinin inkişafı ilə bağlı keçirilən tədbirlərdə səsləndirilən fikirlər müəyyən mənada tezisə çevriləcək",- vitse-spiker çıxışının sonunda əlavə edib.