Doğum xərcini ödəyə bilməyən gənc cütlüyün övladı başqasına satılıb.
“Daily Star”ın məlumatına görə, qorxunc hadisə Pakistanda baş verib.
Məlumata görə, gənc cütlük pul problemləri barədə danışdıqdan sonra həkim zorla uşağı onlardan alaraq, övladı olmayan başqa bir ailəyə verib. Bunu öyrənən valideynlər polisə müraciət edib.
Hüquq mühafizəçiləri uşağı öz valideyninə qaytarıblar, həkim isə saxlanılıb. Lakin az müddətdən sonra o, azadlığa buraxılıb.
Xəstəxana rəhbərliyi isə gənc cütlükdən şikayət etməmələrini istəyib.