Dövlət xidmətlərinin göstərilməsi ilə bağlı monitorinqin hesabatının təqdimatı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində tədbir keçirilmişdir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində 20 oktyabr 2022-ci il tarixiə Bakı şəhərində “Mogan” Hotelin konfrans zalına dəyirmi masa keçirilmişdir. Tədbirdə Ədliyyə Nazirliyinin müxtəlif qurumlarının təmsilçiləri, QHT təmsilçiləri, KİV nümayəndələri, ictimai xadimlər və s. iştirak etmişlər. Dəyirmi masanın maderotoru- “Konstitusiya Araşdırmalar Fondunun” prezident Əliməmməd Nuriyev giriş sözü ilə aşaraq layihənin məqsədi və monitorinqin hesabatı ilə bağlı məlumat vermişdi. Daha sonra sözü o, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söz vermişdir. A. Əliyeva iştirakçıları salamlayaraq QHT-lərin ölkənin ictimai-siyasi həyatında rolu, xüsusilədə şəffaflığın, ictimai iştirakçılığın iinkişafı və s. kimi proseslərdə bu fəaliyyətindən danışmışdır. Növbəti çıxışçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparılan islahatlar və vətəndaş cəmiyyət ilə əməkdaşlıq” mövzusunda ətraflı məruzə etmişdir. Növbəti məruzəni – “Monitorinq Hesabatının təqdimatı” “Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafı” İB-nin sədri Əhməd N. Abbasbəyli edərək layihə çərçivəsində görülən işlərdən danışmış, sosioloji-tədqiqat işinin nəticələri barədə məlumat vermişdir. Daha sonra tədbir iştirakçıları S. Məmmədov, U. Mirzəyev, H. Həsənov, S. Bağırov, İ. İrzazadə, C.Hüseynzadə və s. mövzu ətrafında öz fikirlərini bölüşmüşlər. Sonda iştirakçıların sualları cavablandırılmışdır.