Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının öldürülməsi məsələsi ilə bağlı istintaq Baş Prokurorluq tərəfindən aparılacaq.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.
O bildirib ki, DSX-nin əməkdaşlarının öldürülməsi, qanunsuz narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun göstərişi əsasında qurumun İstintaq İdarəsinə həvalə edilib.(oxu.az)