Çində dünyada ilk dəfə insanın H3N8 quş qripinə yoluxma halı qeydə alınıb.
Bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, infeksiya Henan əyalətinin Jumadyan şəhərinin dörd yaşlı sakinində aşkarlanıb.
Uşaq aprelin 5-də ev quşları ilə təmasda olub. Aprelin 10-da uşağın vəziyyəti pisləşdiyi üçün o, xəstəxanaya yerləşdirilib.
Çinin Milli Səhiyyə Komissiyasının məlumatına əsasən, H3N8 ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil, ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.