Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 37 nəfərdə “meymun çiçəyi”nə yoluxma hadisəsindən xəbərdardır, daha 71 nəfər araşdırılır.
Bu barədə təşkilatın sözçüsü Tarik Yazareviç bildirib.
O qeyd edib ki, “meymun çiçəyi” xəstəliyinin simptomları adətən bir neçə həftə ərzində yox olur, lakin bəzi hallarda onlar tibbi fəsadlara və hətta ölümə səbəb ola bilər.
O, həmçinin deyib ki, “meymun çiçəyi”nə hamı yoluxa bilər.