“Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yaponiyalı Kane Tanaka 120 yaşında vəfat edib.
K.Tanaka Fukuoka prefekturasındakı qocalar evində yaşayırdı.
Qeyd edək ki, K.Tanaka 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya müharibəsi zamanı həlak olub.
K.Tanaka müsahibələrinin birində qeyd etmişdi ki, ən çox qazlı içkiləri və şokoladı sevir.