Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev onun deputat olmaq istəyi haqda bu günlərdə yazılan xəbərlərə öz münasibətini bildirib.
Sabahinfo.az məlumatına görə, bu barədə musavat.com-a açıqlama verən Ərturqut Əliyev bildirib ki, haqqında yazılan məlumatların heç bir əsası yoxdur və heç zaman deputat olmaq arzusunda olmayıb:
"Barəmdə yazılanlar tamamilə yalan və əsassızdır. Ümumiyyətlə, nəinki indi, bundan əvvəlki seçki dönəmində də belə fikirdə olmamışam. Bunu dəqiqləşdirmək isə çox asandır. Bu barədə xəbəri yazan insan mənimlə əlaqə saxlaya, bunun doğru və ya yanlış olması ilə bağlı daha dəqiq məlumat əldə edə bilərdi".