Əli Əsədov Belarus səfiri ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan və Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.