Əməkdar artist Kəmalə Müzəffər gündəlik həyatında makiyaj edənləri qınayıb.
Sabahinfo.az xəbər verir ki, o, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.
Aktrisa özü çox az makiyaj etdiyini vurğulayıb:
“Gündəlik həyatda çox makiyajı sevmirəm. Qadınlara da tövsiyə etmirəm. Həmişə fikirləşirəm ki, insan günün günorta çağı niyə üz-gözünü rəngbərəng boyasın? Axı təbiilik ən böyük gözəllikdir.
Amma müəyyən və əlamətdar günlərdə makiyaj qaçılmazdır. Əsas da klassik tamaşalarda”.