62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunun Qarabucaq kənd sakinləri ilə görüşüb.
Kənd əhalisi Əminə xanımı olduqca səmimi qarşılayıb, kəndin sosial problemlərinin həllində əməyinə görə ona təşəkkürlərini bildiriblər.
Görüşdə Əminə Ağazadə qarşıdan gələn 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Səmimi şəraitdə keçən görüşdə kənd sakinləri Əminə xanıma öz etimadlarını bildirərək gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.