"Türkiyə istehsalı olan TOGG elektromobilinin ikinci seriya nüsxəsi Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təhvil veriləcək".
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində deyib.
TOGG-nin ilk seriya nüsxəsinin Türkiyə prezidentinə təhvil veriləcəyi bildirilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 29-da ölkənin qərbində Bursa vilayətində (Gemlik rayonu) zavodda ilk türk elektromobilinin konveyerdən buraxılması mərasimində iştirak edib.TOGG elektrik avtomobili 2019-cu ildə təqdim edilib. Ən populyar yolsuzluq avtomobili seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında baş tutub, o, 100 km/saata 4,8 saniyəyə sürətlənib. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması 30 dəqiqə çəkəcək, məsafə 500 km olacaq.