Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə bu həftə danışıqlar aparmağı planlaşdırdığını, onların görüşünün təşkili mövzusunu gündəmə gətirmək niyyətində olduğunu bildirib.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Özbəkistandan qayıdan kimi həm cənab Putinlə, həm də cənab Zelenski ilə danışıqlar aparmaqda qərarlıyam. Bu danışıqlarda biz həm özümüz, həm də xalqım adından onlara təşəkkür edib deyəcəyik: “Məqsədimiz ən qısa zamanda bir araya gəlməkdir”. Bu kontekstdə dövlət başçıları səviyyəsində görüşə ev sahibliyi etməyə hazırıq. Bu arada, müvəqqəti atəşkəsin təmin edilməsi çox vacibdir”, - deyə Ərdoğan bildirib.