Qərb mədəniyyəti incəsənət, mədəniyyət, idman və kinematoqrafiya vasitəsilə və ya bu gün necə deyərlər, "yumşaq güc" vasitəsilə əslində öz təsirini bütün müasir dünyaya yayıb.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı təzyiq və hücumlara ən yaxşı qarşılıq ölkənin zəngin tarixi və mədəni irsini öyrənmək və təbliğ etməkdir.
"Təəssüf ki, dünya ictimaiyyəti tarixin verdiyi dərslərdən faydalanmayıb və bu da ksenofobiya və islamofobiya zəminində cinayətlərin artmasına səbəb olub", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə prezidenti radikal qüvvələrin Qərbdə artan populyarlığının "narahatlıq doğurduğunu" bildirib ki, bu da sağçı partiyaların seçkilərdə uğur qazanmasında özünü göstərir: "Bir sıra Avropa ölkələrində ultrasağçılar hakim koalisiyalara qoşulmağa çalışırlar".