Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və yaxud 6-sı keçirilə bilər.
Sabahinfo.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bundan sonra dövlətin yüksək səviyyəli kadrları və yeni kabinet eyni vaxtda formalaşacaq və işə başlayacaq.
Qeyd olunur ki, Ali Seçki Şurası prezident və parlament seçkilərinin yekun nəticələrini bu gün açıqlayacaq. Deputatların da iyunun 2-si and içəcəyi bildirilir.