Erməni deputat həbs edildi

Ermənistan  Apellyasiya Cinayət Məhkəməsinin ən məşhur hakimi, deputat Artur Sarkisyanı həbs edilib. 

Unikal.org xəbər verir  ki, bu  barədə  deputat  Aram Vardevanyan öz "Facebook" səhifəsində yazıb.

İstintaq orqanının məlumatına görə, Artur Sarkisyana 2016-cı il oktyabrın 7-dən Ermənistan Respublikasının  Sisian icmasının rəhbəri vəzifəsini tutmaqda ittiham edilib. Muzdlu və digər şəxsi maraqlardan çıxış edərək inzibati funksiyaları yerinə yetirməklə, öz qulluq mövqeyindən xidmət mənafeyinin əleyhinə istifadə edərək, nəticədə Sisian icmasının hüquq və qanuni mənafelərinə külli miqdarda ziyan vurmuş, bu isə ağır nəticələrə səbəb olmuşdur.

Qeyd edək ki, Artur Sarkisyan oktyabrın 10-da 20 milyon girov müqabilində azad edilib və Milli Assambleyanın işində iştirak etməyə başlayıb.