“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”.
Sabahinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətlə bağlı danışarkən bildirib.
Paşinyan müharibənin Şuşa uğrunda getdiyini qeyd edib və əlavə edib ki, Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu, belə deyil.
“İfadəmə görə üzr istəyirəm, amma biz xalqın qurbanlıq qoyun statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik. Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışdığımızı deyirəm”, - o vurğulayıb.