Ermənistan prezidentinin istefa barədə ərizəsi qüvvəyə minib

Ermənistan prezidenti Armen Sarkisyanın istefa barədə ərizəsi qüvvəyə minib.

Sabahinfo.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, "Parlamentin reqlamenti haqqında" qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.

Ermənistan prezidentinin administrasiyası ərizəninin geri götürüldüyünü açıqlamayıb.

Xatırladaq ki, yanvarın 23-ü Ermənistan prezidenti Armen Sarkisyan istefa barədə ərizəsini parlamentə göndərib.

Ermənistanda prezidentini parlament seçir.