Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, bildirib ki, harada olursa-olsun, Türkiyə çevrilişlərə qarşıdır.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N.Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd kimi qiymətləndirib. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.