Ermənistanın vahid müxalifətinin lideri, baş nazirliyə namizəd Vazgen Manukyana ölkəni tərk etmək qadağası qoyulub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, V.Manukyan İstintaq Komitəsinə çağırılıb.
Qeyd olunur ki, müxalifət lideri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevral ayında keçirilən mitinqlərdə akimiyyəti güc yolu ilə ələ keçirməyə çağırışlar etməkdə ittiham olunub
Ermənistan İstintaq Komitəsi Vazgen Manukyandan ölkəni tərk etməmək barədə iltizam alaraq sərbəst buraxıb.