Ermənistanın Baş qərargahı Paşinyanın istefasını tələb edir

Ermənistan silahlı qüvvələrinin Baş qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Azvision.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bununla bağlı Baş qərargah bəyanat yayıb.

Bəyanatda Baş qərargah rəisinin birinci müavininin milli və dövlət maraqları nəzərə alınmadan, şəxsi və ambisiyalı hisslərə əsaslanaraq vəzifəsindən azad edilməsinə qəti etiraz bildirilib.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan vəzifəsindən azad olunub. Bu barədə ölkə prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, generalın işdən çıxarılmasına səbəb baş nazir Nikol Paşinyanın “İsgəndər” raketlərinin partlamaması barədə fikirlərini ələ salması olub.

Belə ki, Xaçatryan Paşinyanın sözlərinə rişxəndlə gülərək "İsgəndər" raketinin döyüşə yararsız olması barədə suala, "Əlbəttə, mümkün deyil. “İsgəndər”? Bir atış?...Cəmi 10%?... Bu qeyri-ciddi ciddidir”,- deyə cavab verib.