Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifələrinin müvəqqəti icrasını rəis müavini, general-leytenant Stepan Qalstyana həvalə edib.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Arutyunyan bununla bağlı müvafiq əmr imzalayıb.
Xatırladaq ki, dünən baş nazir Nikol Paşinyan Artak Davityanın Baş Qərargah rəisi təyin edilməsi ilə bağlı prezident Armen Sarkisyana təklif verib.