İranda 22 yaşlı Məhsa Əmininin hicaba görə öldürülməsi iddiasından sonra başlayan etiraz aksiyaları artıq bir neçə gündür davam edir.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Ötən gecə İranın Şimali Xorasan ostanında yerləşən Bocnurd şəhərində də etiraz aksiyası baş tutub.
Etirazçılar “Qorxmayın, qorxmayın, biz hamımız birik!” şüarı səsləndiriblər.
Qeyd edək ki, İranda Məhsa Əmininin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi iddiaları ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.