Onlar məğlubiyyətə məhkumdurlar

Azərbaycanda siyasi sistemin inkişafı, demokratik institutların möhkəmləndirilməsi və cəmiyyətin sabitliyi yalnız sağlam rəqabətə əsaslanan, məsuliyyətli və konstruktiv müxalifət mühitində mümkündür. Lakin təəssüf ki, ölkəmizdə özünü “müxalifət” adlandıran bəzi radikal qruplar bu anlayışdan çox uzaq bir xətt üzrə fəaliyyət göstərirlər. Onların mərhələli şəkildə illər ərzində nümayiş etdirdiyi davranışlar siyasi tənqid deyil, daha çox destruktivlik, şəxsi ambisiyaların milli maraqlara üstün tutulması və toplumun inkişaf prosesinə süni maneələrin yaradılması ilə xarakterizə olunur.

Azərbaycan siyasətində uzun müddət “güya ki”bir-birinə tam zidd mövqedə cıxış edən Ramiz Mehdiyev və Əli Kərimli illərdir ictimai rəy qarşısında “əks düşərgənin iki siması” kimi təqdim olunurdular. Lakin siyasi proseslərin soyuq analitik təhlili göstərdi ki, bu iki fiqur, fərqli ritorikalar və fərqli maskalar altında çıxış etsələr də, ölkənin siyasi mühitində xaos, qarşıdurma və davamlı gərginliyin formalaşmasına birgə xidmət ediblər.

Ramiz Mehdiyev və Əli Kərimli cütlüyünün fəaliyyəti Azərbaycanın siyasi mühitində olduqca ciddi nəticələrə gətirib çıxardı. Onların pozucu işbirlyi cəmiyyətdə radikallıq, qarşıdurma və aqressiv siyasi atmosfer yaratdı, hər ikisi öz çevrələri üzərində monopolist nəzarətə can atmağa çalışdı, hər ikisi sağlam siyasi institutların formalaşmasına mane olan davranış modelləri nümayiş etdirdi. Beləliklə, “fərqli qütblərdən çıxış edən” siyasi fiqur kimi görünsələr də, əslində eyni amala— Azərbaycan siyasətində destruktivlik, qarşıdurmaya yönəlik birgə fəaliyyət üzə çıxıdı.

Rusiyada formalaşan “Milyarderlər İttifaqı” Azərbaycan mühacir müxalifəti daxilində ən uğursuz və gülünc təşəbbüslərdən biri kimi tarixə düşdü. Maliyyə imkanlarına arxayın olub özlərini siyasi layihə kimi təqdim edən bu qrup cəmiyyətə heç bir real proqram təqdim etmədi, şəxsi ambisiyalar üzərində quruldu, ilk gündən bir-birinə qarşı intriqaların içində boğuldu, populist şüarlardan başqa heç nə ortaya qoya bilmədi və nəticədə bu qurum bir siyasi təşkilat deyil, dar çevrədə özünü təbliğ etmək üçün yaradılmış qısamüddətli bir kampaniya təsiri bağışladı və tamamilə fiaskoya uğradı. "Milyarderlər İttifaqı” qısa müddət ərzində mətbuatda ifşa olunduğuna və Rusiyanın planı olduğu üzə çıxdıqdan sonra özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıraraq yeni libasa büründü və yeni təşkilat yarandı. 

Azərbaycan xüsusi xidmət orqanları dövlət çevrilişinə cəhd planında yalnız Ramiz Mehdiyevin, onun əlaltıları olan AXCP və "Milli Şura" ilə oyunlarını ifşa etmədi, eyni zamanda, Rusiyadakı bəzi dairələrin perspektivdə Azərbaycanda təxribat, siyasi qarşıdurma törədilməsi, ictimai sabitliyin pozulması planlarını da iflasa uğratdı.

Azərbaycan müxalifətinin son illər yaşadığı nüfuz itkisi təsadüfi deyil. Bunun əsas səbəblərindən biri müxalifət daxilində özünü lider kimi təqdim edən bəzi şəxslərin siyasi davranışları, qeyri-ardıcıl mövqeləri və emosional ritorikalarıdır. Bu çərçivədə Gültəkin Hacıbəyli və Cəmil Həsənli uzun müddətdir Azərbaycan siyasətində ifrat emosional çıxışları, sərsəm populist bəyanatları və qeyri-sabit mövqeləri ilə yadda qaldılar. Bu gün Azərbaycan siyasətində Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi gülünç “siyasi” fiqurlar əslində konstruktiv mübarizə deyil, daha çox populizmə əsaslanan, özlərinin xarici havadarlarının anti azərbaycan siyasətinin idarə olunan, hər gün daha da eybəcərləşən kuklaları kimi tanındılar. 

Bu hadisələrin inkişafı fonunda bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır.  Azərbaycan xüsusi xidmət orqanlarının nümayiş etdirdiyi operativlik, peşəkarlıq və yüksək analitik qabiliyyəti dövlət təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadı. Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat-axtarış tədbiri nəticəsində bir sıra xəyanətkar ünsürlər ifşa edildi, saxlanıldı və ifadə verdi.  Hazırkı mürəkkəb regional şəraitdə bu qurumların vaxtında həyata keçirdiyi tədbirlər ölkənin milli maraqlarının qorunmasına ciddi töhfə verdi.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması, ictimai-siyasi həyatın bütün sahələrində reallaşdırılan islahatların dərinləşməsi, siyasi partiyalar arasında sivil və etimadlı münasibətlər sisteminin formalaşması Vətən savaşındakı uğurlarımız və regionda yaratdığımız yeni reallıqlar marginallaşaraq özlərini cəmiyyətdən təcrid edən radikal müxalifət təmsilçilərini sözül əsl mənasında vahiməyə salır, Köhnəlmiş simalar və tükənmiş ideyalarla yeni siyasi mühitdə uğur qazanmaq mümkün deyil. Bütün xəyanət planlarının iflası bir daha göstərdi ki, Azərbaycanda çevriliş yolu ilə hakimiyyətə gəlmək qeyri-mümküözünün ndür. Xalqımız vahid Lideri ətrafında yumruq kimi birləşib və imperiya refleksi ilə hərəkət edən “tör-töküntülər” də, hakimiyyətə dönükülük göstərən sabiqlər də öz layiqli cəzalarını alacaqlar.
      
Əminə Ağazadə
Milli Məclisin deputatı