Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Sabahinfo.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.