Rusiya və Çin "qlobal sülh və firavanlıq” dövründə ABŞ-ın dənizdəki hakimiyyəti üçün iki böyük "təhdid”dir.
"RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Sahil Mühafizəsi və Korpusunun "Dənizdəki üstünlük” hesabatında deyilir.
Sənəddə qeyd edilir ki, Vaşinqton əsas beynəlxalq dəniz yollarına hakim olmaq üçün Moskva və Pekinin "təcavüzkar hərəkətlərini” yatırmağı planlaşdırır.
Müəlliflər hesab edir ki, Rusiya və Çin"qlobal təhlükəsizliyə töhfə verən məsul liderlər ola bilməyiblər” və indi ABŞ onları "həlledici rəqiblər” kimi tanıyır.
Eyni zamanda, hesabatda Çinin daha uzun müddət üçün strateji bir təhlükə olduğu bildirilir.
Amerikalı siyasətçilər və hərbçilər mütəmadi olaraq Rusiyanı böyük milli təhlükəsizlik problemi olaraq sıralayır.
Eyni zamanda, ABŞ Rusiyanın dəniz sərhədləri boyunca fəaliyyətini artırır.