Donald Tramp administrasiyası ABŞ-da prezident seçkilərində medianın təxminlərinə görə qalib gələn demokrat Co Baydenin xarici ölkələrin liderlərinin ona ünvanladığı mesajları verməkdən imtina edir.
Bu barədə CNN televiziya şirkəti məlumat verib.
Bildirilir ki, ənənəvi olaraq ABŞ Dövlət Departamenti seçilmiş prezidentlə xarici liderlər arasında əlaqə qurur; son günlərdə bir çox xarici dövlət rəhbərləri Baydenə mesajlar göndəriblər.
Ancaq ABŞ-ın hazırkı prezidenti Donald Trampın seçkilərdə məğlub olduğunu etiraf etməməsi və administrasiyası ilə Baydenin qərargahı arasındakı mümkün təmasları kəsməsi səbəbindən bu məktublar Baydenə çatmayıb.
Qeyd olunur ki, Dövlət Departamentində artıq bu cür bir neçə mesaj toplanıb.