Milyarder Bill Geyts COVID-19 test sisteminə görə ABŞ-ı tənqid edib.
Bununla bağlı Gazeta.ru məlumat yayıb.
Onun fikrincə, hazırda infeksiyanın diaqnostikası lazımsız vaxt itkisidir
B.Geyts hesab edir ki, testlərin üç gündən sonra cavablarının çıxmasına görə heç kim pul ödəməməlidir.
O, bunu ağılsızlıq adlandırıb.
Milyarderin fikrincə, bütün diqqəti nəticələrin daha tez əldə edilməsinə və digər şəxslərin yoluxmasının qarşısının alınmasına yönəltmək lazımdır.