Deputat: “Azərbaycan ordusu azğın düşmənə başa düşdüyü dildə dərs verməkdədir”

Bu gün Azərbaycan ordusubeynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə Ali Baş Komandanın rəhbərliyi altında uzun illərdən bəri hökm sürəntarixi ədalətsizliyi aradan qaldırıb, işğal altında olan torpaqların işğaldan azad olunması uğrunda müqəddəsxilaskarlıq missiyanı yerinə yetirməkdədir. Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov deyib.

Onun sözlərinə görə, əgər bu gün beynəlxalq aləmin bölgədə yaranmış hərbi-siyasi gərginliklə bağlı narahatçılığı varsa, qoy, ilk növbədə Ermənistanatəzyiq edib təxirəsalınmadan yürütdüyü işğalçılıq siyasətinə son verməsi üçün konkret addımlar atmağa vadar etsinlər. "Bölgədəyaranmışeskalasiyaya görə birbaşa günahkar ölkə varsa, o datəcavüzkar Ermənistan və onun yürütdüyü işğalçılıq siyasətidir.Digər əsas səbəkarlar isəqəsbkar Ermənistanın işğalçılıq siaysətinə göz yuman və buna şərait yaradan beynəlxalq təşkilatlar, xüsusi ilə də Ermənistan-Azərbaycan münaqişəsinindanışıqlar yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupudur.Çünki beynəlxalq təşkilatlarınməsələyə laqeyd yanaşamsı, ATƏT MQ həmsədrlərinin isə fəaliyyətsizliyi nəticəsində qəsbkar Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə və möhkəmləndirməyə sövq ediblər. Nəticədə təcavüzkar Ermənistanın yürütdüyü destruktiv, təxribatçı siaysəti nəticəsində danışıqlar prosesi tamamilə dayanıb. Buna baxmayaraq Azərbaycan hər zaman münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinin tərəfdarı olub və 30 ilə yaxındır ümidlə yaşayıb ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Təəssüflər olsun ki, dünyanın ən ali orqanı olan BMT TŞ-nintəcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan qeyd-şərtsizçıxması barədə qəbul etdiyi qətnamələr isə 27 ildir kağız üzərində qalıb və tarixin arxivinə atılıb. Bundan azğınlaşantəcavüzkar Ermənistanişğalçılıq siyasətini davam etdirib, möhkəmləndirmək üçünmütəmadi olaraq təxribatlaraəl atıblar. Təcavüzkar son illərdə bu təxribatçı siyasətinidahada fəallaşdırıb. İstər beynəlxalq aləm, istərsə dəişğalçı Ermənistanhesab ediblər ki, Azərbaycanişğal faktı ilə barışacaq. Ancaq bu kökündən yanlış olan məsələdir.Cənab Prezident İlham Əliyevhər zaman bəyan edib ki,Azərbaycan heç bir zaman işğal faktı ilə razılaşamaycaq və torpaqlar mütləq işğaldan azad olunmalıdır. Cənab Prezident onu da dəfələrlə bəyan edib ki,danışıqlar nəticə verməszə, digər alternativlərdən istifadə edərəkAzərbaycan münaqişəni həll edəcək. Lakin beynəlxalq aləm və Ermənistanın havadarları Azərbaycanın bu çağırışlarını ciddiyə almadılar. Məhz son günlərdə Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatıtəcavüzkar Ermənistanın həyata keçirdiyi növbəti təxribata cavab olaraq başlayıb”- deputat qeyd edib.

Millət vəkili bildirib ki, Ali Baş Komandanbeynəlxalq aləmi xəbərdar edərək Azərbaycan xalqınınsəbri sonsuz deyil və bunun bir həddi var. "Cənab Prezidentson vaxtlarda isətmediaya verdiyi müsahibələrində, istər BMT kürsüsündən, istərsə də digər vasitələrlə beynəlxalq aləmi Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması, təxribatlar törədəcəyi barədə xəbərdarlıq edib: "Ancaq təəssüflər olsun ki, kimsə bundan ciddi nəticə çıxarıb, təcavüzkar Ermənistanı yerində oturtması üçün real addımlar atmadılar. Ona görə də Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatının əsas günahkarıqəsbkar Ermənistan, onun dsətəkləyən dairələrdir və məsuliyyət də onların üzərinə düşür. Beynəlxalq aləm toqquşmanı dayandırmaq istəyirsə, ilk növbədə təcavüzkar Ermənistan təzyiq edib, işğalçı siyasətinə son veriməsi üçün təxirəsalmaz addımlar atmağa vadar etməlidir”.

Deputat hesab edir ki, qəsbkar Ermənistantutduğu yanlış yoldan qayıtması üçün hələ də imkanlar var: "Qəsbkar Ermənistanməğlubiyyətinacı nəticələri ilə üzləşmək istəmirsə, o zaman Azərbaycanın Ali Baş Komandanının irəli sürdüyü şərtləri qəbul edib, onlarıtəxirə salmadan icra etməlidir. Bunun üçün təcavüzkar ölkənin rəhbəriAzərbaycanın ərazi bütövlüyünü qəbul edib, işğalçı ordusunu təcili olaraq işğal etdiyi torpaqlardan çıxarmalıdır. İşğalçı ordunun çıxması üçün konkret vaxt qoymalıdır. TəcavüzkarErmənistan rəhbərliyi Qarabağın Azərbaycan torpağını etiraf etməlidir. Ancaq bu halda Azərbaycan danışıqlar masasına əyləşib məsələnin sülh yolu ilə həllini müzakirə edə bilər. Təcavüzkar ölkə rəhbərliyinin düşünməsi üçün çox az vaxtı qalıb. Bunun əksi isə təcavüzkar Ermənistanın bu hərəkətlərinə son verməsininyeganə yolu bu gün Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatıdır.Artıq vədlər dövrü bitib. Çünki təcavüzkar Ermənistan bunlardan dərs çıxarmayıb. Baxmayaraq Azərbaycanın Ali Baş Komandanı dəfələrlə təcavüzkara xəbərdarlıq edib. İndi isə Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında verilən dərslərdən nəticə çıxarmayan azğın düşmənə layiqli dərs verməkdədir. Sözlə başa düşməyəni başa düşdüyüdillə başa salır. Əgər azğın düşmən qısa zamanda bu dərsdən nəticə çıxarmazsa, onları daha acı faciələr gözləyir. Vaxt daralır. Odur ki, təcavüzkar ölkə bu barədə ciddi düşünməlidir. Kimsə onu xilas edə bilməyəcək.

Azərbaycanın həyata keçirdiyi əməliyyatlar haqq-ədalətin bərpası uğrunda olan mübarizədir və kimsə bizi bu yoldan dayandıra bilməz. O baxımdan da Ordumuz bu günşərəfli bir tarix yazaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrundamübarizə aparır. Bu savaşda haqqAzərbaycan xalqının tərəfində olduğu üçün xalqımız da qələbə çalacaq. Qarabağ bizimdir və bizim də olacaq. Tezlikləişğaldan azad olunan tarixi torpaqlarımıza dönəcəyik!”.