Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Bakıdan geri qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan Azərbaycanla əlaqələrin daha da genişlənəcəyini deyib, Qarabağın yenidən bərpa olunmasında Türkiyənin də böyük rol oynayacağını bildirib.
"Azərbaycana tarixi ziyarət həyata keçirdik. Qarabağ Zəfəri Türkiyə-Azərbaycan əlaqələrinin tarixində dönüş nöqtəsidir. "Bir millət, iki dövlət” deyimi Azərbaycanla həmrəyliyimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad edilməsi ilə taclandırıldı. Qarabağ Zəfərini gətirən 44 günlük mübarizə boyunca biz Azərbaycanın yanında olduq. İlham qardaşımla mütəmadi olaraq telefonla danışırdıq”, - deyə Ərdoğan vurğulayıb.